Demokratiyanın Şərq lokomotivi: Türkiyənin may imtahanı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Caliber" layihəsinin yutub kanalında yayımlanan yeni süjet Türkiyədə keçirilən parlament və prezident seçkilərinin təhlilinə həsr olunub.
Müəllif qeyd edir ki, istər seçkilərin birinci turunda qeydə alınan nəticələr, istərsə ölkədəki rəqabət mühiti, istərsə də seçicilərin fəallığı Türkiyədə demokratiyanın və şəffaflığın təzahürü kimi qiymətləndirilməlidir.
"Qərb mətbuatının və siyasi isteblişmentinin Türkiyəni idarə edən hazırkı prezidenti avtoritar, hətta bir qədər də irəli gedərək diktator kimi qələmə verməsinin tamamilə əsassız olduğu ortaya çıxdı. Seçkilər tam demokratik şəraitdə keçirildi. Uydurulmuş diktator mifi Türkiyə demokratiyasının parlaq Günəşi altında əriyib yox oldu", - müəllif qeyd edir.
Müəllif həmçinin yüksək seçki mədəniyyəti nümayiş etdirən Türkiyə vətəndaşlarının ölkə və gələcək nəsillər qarşısında daşıdığı məsuliyyətə də xüsusi vurğu edib.
Oxşar xəbərlər
Milli Məclisin yeni tərkibi - SİYAHI
Konstitusiya Məhkəməsi Plenumu 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticəsini təsdiqlədikdən sonra VI çağırış Milli Məclisin yeni tərkibi...