Çörəyin qiyməti qalxacaq, yoxsa yox? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Çörək və digər un məmulatları yenidən bahalaşa bilər.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, dünya bazarında buğdanın qiyməti son 2 həftə ərzində 40 faiz bahalaşıb. Çokaqo birjasında taxılın 1 tonu 485 ABŞ dollara təklif olunub. Hansı ki, bu məbləğ ötən il 240 dollar idi. İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bahalaşma, əsasən Rusiya-Ukrayna müharibəsi fonunda baş verir. Onun sözlərinə görə, proses dərinləşməkdə davam edəcək. Çünki həm Ukrayna, həm də Rusiya qlobal iqtisadiyyatda ciddi rola malikdir. Ekspertin fikrincə, qiymət artımı ölkəmizə də təsirsiz ötüşməyəcək.
Rəşad Həsənov deyir ki, Azərbaycan buğdanın 80-85 faizini Rusiyadan alır. Ona görə də şimal qonşumuzun ixracla bağlı qəbul etdiyi qərarlar ölkəmizdə də taxılın qiymətinə təsir edə bilər.
Ekspertin fikrincə, qlobal bahalaşma fonunda xüsusilə çörəyin qiyməti sabit saxlanmalıdır.
İqtisadiyyat Nazirliyindən isə "Xəbər Ertəsi"nə bildirilib ki, hazırda bazarda çörəyin qiymətinin bahalaşması müşahidə edilmir.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...