Cavanşir Məmmədovun nəvəsi ilə 20 il əvvəlki görüntüləri - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mərhum Əməkdar artist Cavanşir Məmmədovun 20 il əvvəlki görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, arxiv kadrları sənətçinin nəvəsi Rəfiqə sosial şəbəkə hesabında yayımlayıb. Görüntülərdə Rəfiqənin babası ilə mehriban və səmimi kadrları əks olunub.
Vidoelar 2004-2005-ci illərdə lentə alınıb. Rəfiqə görüntülərinə babası ilə bağlı hüzn və kədər dolu sözlərini də əlavə edib:
"Hər birimizin həyatında yeri dolmayacaq biri olur.
O insanın qəfil yoxluğu həyatımızda sarsıdıcı izlər buraxır. Zaman keçdikcə yoxluğuna alışmaq əvəzinə, darıxmaq hissi dahada şiddətlənir.
Təəssüfki, tək təsəllimiz itirdiyimiz əzizlərimizin yuxularımızın qonağı olmasıdır. Geriyə qalan isə sadəcə şəkillər və videolardır...".
Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov bu ilin aprelində 70 yaşında qəfil ürəktutmadan vəfat edib. O “Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...