Bu il Cəbrayıla köç olacaq - Şəhər mərkəzində 33 yaşayış binası tikilir - VİDEO

25
yan
2024
10:14
Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti yayıb.
Bildirilib ki, kompleksdə 33 yaşayış binası tikilir.
4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.
Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...