"Bolşoy Prazdnik" "Petrovsk Alov Festivalı"nda birinci yeri tutdu - VİDEO

Bolşoy Prazdnik Petrovsk Alov Festivalında birinci yeri tutdu - VİDEO
Video
Video 180

Rusiyanın Sankt-Peterburq şəhərinin yaranma gününə həsr olunmuş "Petrovsk Alov Festivalı" baş tutub. Hər il baş tutan ənənəvi beynəlxalq festivala bu dəfə 6 ölkədən şirkətlər qatılıb.

BAKU.WS xəbər verir ki, qalib səkkiz minə yaxın "VKontakte" istifadəçisinin səsi əsasında müəyyənləşdirilib. Yekunda Azərbaycanın "Bolşoy Prazdnik" komandası səslərin 32%-ni və ya 2555-ni əldə edərək birinci yerə sahib olub.

Yarış mayın 28-də - Azərbaycanın Müstəqillik Günündə keçirildiyi üçün şirkət qələbəni bu əlamətdar günə həsr edib. Yarışda ikinci yeri Belarusun “Empire of Fire” komandası (24,48%), üçüncü yeri isə Çinin “Liuyang Jingduan New Art Display CO., LTD” şirkəti (20,43%) tutub.

Qeyd edək ki, bu yarışda qalibiyyət "Bolşoy Prazdnik"in ilk uğuru deyil. Şirkət bunadək dəfələrlə mötəbər beynəlxalq tədbirlərdə Azərbaycanı uğurla təmsil edərək ilk yerə sahib çıxıb.

Nəticələrə buradakı linkdən baxa bilərsiniz.

"Bolşoy Prazdnik"in sosial şəbəkə hesabları:

Facebook

İnstagram

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər