"Bir yiyəsiz şairi ayağından asmaq.." - Aqşin Yeniseydən Elçin Əlibəyliyə CAVAB - VİDEO

Bir yiyəsiz şairi ayağından asmaq.. - Aqşin Yeniseydən Elçin Əlibəyliyə CAVAB - VİDEO
Video
Video 2693
"Nə vaxt efirə çağırdığın şairə zəng vurub demisən ki, bu dəfə boşanan arvadları yox, Təbriz fədailərini müzakirə edəcəyik?"BAKU.WS xəbər verir ki, şair, publisist Aqşin Yenisey teleaparıcı Elçin Əlibəylinin şair Elşad Baratı tənqid etməsinə münasibət bildirərkən bu sözləri deyib.O, Əlibəylinin özünü qınayıb:"Elçin Əlibəyli Elşad Baratı verilişinə çağırıb danlayır ki, sən qələt edib Bəxtiyar Vahabzadəni tənqid etmisən, Bəxtiyar Vahabzadə sən yaşda olanda cənub mövzusundan yazırdı, qaçqınların vəziyyətini görəndə göz yaşlarını saxlaya bilmədi. Sən nə vaxt cənub mövzusundan yazmısan və qaçqın görəndə ağlamısan? Əziz dostum Elçin, on beş ilə yaxındır efirdəsən, yaradıcılıqla məşğulsan. Bəs sən nə vaxt cənub mövzusunu öz verilişlərinin birində müzakirəyə çıxarmısan, nə vaxt bir qaçqının dərdini efirdə işıqlandırmısan? Bir yiyəsiz şairi ayağından asmaq üçün adam özü bu suallara cavab verməli deyilmi? Üç gündür İran-Ermənistan söz-söhbətləri aləmi başına götürüb, hünərin varmı bu mövzunu öz verilişində efirə çıxarasan? Cənub mövzusunda indiyədək ədəbiyyatımızda bircə ciddi yazı yazılıb, onu da qətlə yetirilən Rafiq Tağı yazıb. Bircə dəfə efirdən Rafiq Tağının adını çəkməyə cürət etmisənmi? Beş-altı yoluq şair tapıbsınız, sağdan da döşəyirsiniz, soldan da. Əmoğlu, varsa, içinə bir az da kəkotu at". Xatırladaq ki, Elçin Əlibəyli verilişə qonaq gələn jurnalist Elşad Baratı xalq şairi Bəxtiyar Vahabzadəni tənqid etdiyi üçün qınayıb. “Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında xüsusi yeri var. Bəxtiyar Vahabzadənin Azərbaycan Milli Azadlıq hərəkətında böyük və müstəsna rolu var. Və sən, Elşad Barat böyük qələt edib, başını daşlara döyüb, Bəxtiyar Vahabzadəni müzakirə edirsən. Sənin buna nə təhsilin, nə də indiyə qədərki fəaliyyətin imkan vermir!”, - deyə Elçin Əlibəyli bildirib.Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər