Biləsuvarda pambıq əkən fermerlərin narazılığı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarın Səmədabad kəndində yüz hektarlarla pambıq sahəsi susuzluqdan məhv olmaq üzrədir.
Su təminatı ilə bağlı Səmədabad Sudan İstifadəedənlər Birliyi ilə rəsmi müqavilələrinin olduğunu deyən fermerlər suyun bölgüsünün düzgün aparılmadığını iddia edirlər.
“41 gündür, pambıq su görmür, üç hektarlıq sahəm kül olub”, - deyə fermer bildirib.
Aidiyyəti qurumdan verilən məlumata görə, əraziyə baxış keçirilib, növbəli qrafik əsasında ikinci suvarma işlərinə başlanılıb.
Fermerlər isə bildirirlər ki, indiyə qədər sahələrdə üç dəfə suvarma işləri aparılmalı idi. Bundan sonra veriləcək su isə 350 hektarlıq pambıq sahəsini xilas etməyəcək.
Ətraflı BAKU.TV-nin videosunu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...