Biləcəri sakinləri günlərdir ki, su üzünə həsrətdirlər - VİDEO

Biləcəri sakinləri günlərdir ki, su üzünə həsrətdirlər - VİDEO
Video
Video 82

"35 manat pul verib maşınla su alırıq. Sonra da gəlməyən suya görə sayğacın yazdığı məbləğdə əlavə pul ödəyirik. Axı bizim günahımız nədir?".

BAKU.WS xəbər verir ki, bu sualı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may məhəlləsi, Nihat Rzaxanov küçəsinin 200-dən sakini Xəzər TV-yə ünvanlayıb.

Sakinlər deyirlər ki, suyun kranını açıq saxlayırlar, birdən təsadüfən su gələr deyə. Ancaq krandan su əvəzinə hava gəlir.

Suyun olmamasına bəzi evlərin hündür ərazidə yerləşməsi də təsir edir.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin sözçüsü Anar Cəbrayıllı kranı açarkən sudan əvvəl havanın gəlməsinin normal olduğunu dedi.

Anar Cəbrayıllı bildirdi ki, həmin ərazi birbaşa magistral su kəmərindən qrafik rejimlə su aldığına görə buraya fasiləsiz suyun verilməsi mümkünsüzdür. Çünki əraziyə ayrılan su magistral kəmərin təzyiqinə uyğun olaraq tənzimlənir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər