Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli BAKU.WS-ə bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
***12:49
Bakıda telefon mağazasından oğurluq olub.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə zərərçəkən şəxsin bacısı Aysu Məmmədova məlumat verib.
Onun sözlərinə görə, hadisə bu gün səhər, Sabunçu rayonu, Zabrat qəsəbəsində, "Zabrat 2 dairəsi" adlanan ərazidə yerləşən telefon dükanında qeydə alınıb.
Ərazidəki təhlükəsizlik kameralarına anbaan əks olunan oğurluq zamanı, əvvəlcə naməlum şəxs mağazanın önü də əyləşərək ətrafı nüşahidə edib. O daha sonra qapını sındıraraq içəri daxil olub və buradan həm satış, həm də təmir məqsədilə qoyulmuş telefonları oğurlayıb.
Hadisə ilə bağlı 15-ci polis bölməsinə məlumat verilib.
Oğurluğumn anbaan görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....