Banklar pul dəyişən vətəndaşdan niyə şəxsiyyət vəsiqəsi tələb edir? - AÇIQLAMA

Banklar pul dəyişən vətəndaşdan niyə şəxsiyyət vəsiqəsi tələb edir? - AÇIQLAMA
Video 807

Azərbaycan Banklar Asossiasiyasının Prezidenti Zakir Nuriyev banklarda valyuta dəyişimi zamanı şəxsiyyət vəsiqəsinin tələb olunmasına aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, Z.Nuriyev İTV-də yayımlanan "3D" verilişində bankların fəaliyyətinin ciddi şəkildə normativ sənədlərlə tənzimləndiyini bildirib:

"Mövcud olan "Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə" haqqında qanunun tələbləri ondan ibarətdir ki, vətəndaşların apardıqları bütün növ əməliyyatlar nəzarət altında həyata keçirilsin.

Biz 20 minə qədər olan vəsaitləri müştərilərimizə onun mənşəyi və istifadə istiqamətləri haqqında xüsusi sorğulamadan, 20 min manatın üzərində aparılan istənilən valyuta dəyişmə əməliyyatlarını isə bu qanunun tələbindən irəli gələrək mənşəyi və istifadə istiqamətləri haqqında sorğulayır və bu məlumatları müvafiq olaraq maliyyə monitorinq xidmətinə təqdim edirik".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər