Baku TV-nin sifarişi ilə çəkilən sosial çarx birinci oldu - VİDEO

Baku TV-nin sifarişi ilə 2021-ci ildə çəkilən, Milli Qəhrəman Çingiz Mustafayevə həsr olunan “Onun Kamerası” adlı sosial çarx “Bakı Beynəlxalq Qısa Filmlər” festivalında “Ən yaxşı sosial çarx” mükafatına layiq görülüb.
Filmin çəkilməsində əsas məqsəd Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradan Çingiz Mustafayevin ən böyük arzusuna çatdığını addım-addım göstərmək idi.
Sosial çarxın rejissoru Böyükağa Əliyev qeyd edib ki, “Onun kamerası” 11 film arasından seçilərək mükafata layiq görülüb.
Qeyd edək ki, 8 ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkən, bir jurnalist olaraq cəbhədə formalaşan Çingiz Mustafayev elə sevimli peşəsini icra edərkən şəhidlik zirvəsinə ucalıb.

Oxşar xəbərlər
Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: “Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?”
Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Toplantı əksəriyyəti...