Bakının ən böyük ticarət mərkəzi olan "Ganjlik Mall” açıldı (FOTO, VİDEO)
Azərbaycanın ən iri ticarət mərkəzi qapılarını müştərilərin üzünə açıb.
BAKU.WS-in məlumatına görə, "Ganjlik Mall” bakılıların yeni sevimli ticarət mərkəzinə çevrilir.
Ərazisi 55.000 m2 olan geniş məkanda artıq hamıya tanış olan brendlər yerləşir. Mall-da həmçinin yeni hipermarket öz işinə başlayıb.
Alış-verişdən əlavə "Ganjlik Mall” əyləncələrlə də diqqəti cəlb edəcək: kino həvəskarları dünya blokbasterləri ilə kinoteatrda tanış ola, kollektiv oyunları sevənlər dostları ilə asudə vaxtlarını boulinqdə keçirə, balacalar isə uşaq zonasında sehirli dünyaya baş vura bilərlər.
Əlbəttə ki, ticarət və əyləncə mərkəzində Bakıda ən populyar çevik qida restoran və kafe brendləri kimi tanınmış adlarla fudkort da fəaliyyət göstərir.
"Ganjlik Mall”da Bakının ən böyük "Mc Donalds" da açılıb. Məşhur Ronald Mcdonald da açılışda iştirak edib. "Ronald McDonald House"a ümumilikdə 23600 xeyriyyəçi maliyyə yardımı edib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
“28 Mall”da yalandan bomba olduğunu deyən şəxs tutuldu
Bakıda ticarət mərkəzində bomba olduğunu deyən şəxs saxlanılıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, bomba qoyması barədə yal...