Bakının mərkəzində pul paylanıldı: Kimi rayona getməyə pul götürdü, kimi də dərman almaq üçün (VİDEO)

Bakıda ilk dəfə olaraq qeyri-adi sosial test keçirilib.
BAKU.WS-in məlumatına görə, sosial tesin videosu "Alles Pro” youtube kanalında yerləşdirilib.
Sosial test bundan ibarətdir ki, üzərinə müxtəlif məbləğlərdə pul yapışdırılmış və üzərinə "ehtiyacın varsa götür, yoxdursa gətir” yazılmış kağız lövhəni əlində tutmuş oğlan Bakının mərkəzində dayanıb.
Oğlanın yanından keçən insanlar əvvəlcə bunu maraqla izləyirlər. Daha sonra isə bəziləri pul verir, bəziləri isə puldan götürür.
Məlum olub ki, oğlanın üzərindən pul götürənlərin sayı daha çoxdur. Onlarından bəziləri rayona getməyə pulu çatmadığına, su almaq istədiyinə, bəziləri isə dərman almaq üçün pulu kifayət etmədiyinə görə götürdüklərini deyiblər.
Maraqla qarşılanan sosial testin videosunu təqdim edirik.
Samed
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kimsəsizləri ölkədən çıxarmaq üçün imza toplayan aparıcını döydülər (VİDEO)
Xəzər TV-də yayımlanan "Diqqətli ol" verilişində yeni sosial test sınaqdan keçirilib. BAKU.WS-in məlumatına görə, gənc oğlan "Kimsəsizlər, ehtiyacı olanlar cə...
