Bakının Xətai rayonunda 2 küçə əsaslı təmir edilib - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Xətai rayonu ərazisində Elvin Şükürlü və Zeytunluq küçələri əsaslı təmir edib.
BAKU.WS xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, ümumi uzunluğu 5 kilometr təşkil edən sözügedən küçələrdə aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, yeni yol yatağı tikilib, küçələr profilə salınıb, yol əsası işlənilib, yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa yeni səkilərin inşası, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması, yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunub.
Sonda üfüqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb.
Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41.5 km, 2021-ci ildə isə 14.2 km uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.
Qalereya
Oxşar xəbərlər
Bakının Xətai rayonunda iki küçə təmir edilir - FOTO/VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Xətai rayonun Elvin Şükürlü və Zeytunluq küçələrinin əsaslı təmiri davam edir. BAKU.WS xəbər verir...