Bakının Atatürk prospektinin bir hissəsi təmir olunub - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimano rayonunun Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər) apardığı təmir işlərini yekunlaşdırıb.
BAKU.WS agentliyə istinadən xəbər verir ki, təmir işləri çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.
“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.
Qalereya
Oxşar xəbərlər
Bakının əsas prospektlərindən birində təmir işləri yekunlaşıb - FOTO/VİDEO
Azərbaycan Avtomobil Yolları Bakının Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinə qədər) təmir işlərini yekunlaşdırıb. BAKU.WS agent...