Bakıda yeni park salınır: Yeraltı keçidin tikintisinə başlanıldı - FOTO/VİDEO

Bakıda yeni park salınır: Yeraltı keçidin tikintisinə başlanıldı - FOTO/VİDEO
Foto Video
Video 14

Bakının Nərimanov rayonunda yeni parkın salınması istiqamətində işlər aktiv mərhələyə qədəm qoyub.

Caliber.Az-ın məlumatına görə, yeni salınacaq parkın ərazisi 30 hektar olacaq.

Yeni park Vaqif prospektinin, həmçinin Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin bir hissəsini (Azərbaycan Diplomatik Akademiyası ilə üzbəüz ərazini, Gənclik metrosunun yaxınlığı) əhatə edəcək.

Bakıda yeni park salınır: Yeraltı keçidin tikintisinə başlanıldı - FOTO/VİDEO

Park mövcud ağaclara maksimum toxunmamaq şərti ilə relyeflə uyğun salınacaq.

Bakıda yeni park salınır: Yeraltı keçidin tikintisinə başlanıldı - FOTO/VİDEO

Yeni parkın salınması çərçivəsində Ceyhun Hacıbəyli küçəsinin Nəsib bəy Yusifbəyli küçəsi ilə kəsişməsindən Hənifə Ələsgərov küçəsinə kimi mövcud olmuş “Tikinti materialları bazarı”, həmçinin oranın yaxınlığındakı azmərtəbəli yaşayış binaları və yardımçı tikililər sökülüb.

Bakıda yeni park salınır: Yeraltı keçidin tikintisinə başlanıldı - FOTO/VİDEO

Yeni parkla “Dədə Qorqud” parkı arasında əlaqə yaratmaq üçün ərazidə yeni yeraltı piyada tunelinin tikintisinə başlanılıb. Bu məqsədlə Vaqif prospektinin bir hissəsi hasarlanıb.

Bakıda yeni park salınır: Yeraltı keçidin tikintisinə başlanıldı - FOTO/VİDEO

Bütün işlər yekunlaşdıqdan sonra bakılıların xoş istirahəti üçün yeni, gözəl və yaşıllıqlarla bol məkan mövcud olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər