Bakıda “Survivor” kimi ərazi - Sakinlər yaşayış binasına girmək üçün əziyyət çəkirlər - VİDEO

Azadlıq prospektində yaşayan sakinlər yaşadıqları binaya girmək üçün çətinlik çəkirlər.
BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a vətəndaşlar tərəfindən şikayət daxil olub.
Belə ki, söhbət Azadlıq prospekti 127/131 ünvanından gedir. Vətəndaşlar iddia edirlər ki, yaşadıqları doqquzmərtəbəli bina mühasirəyə alınıb:
“Bir neçə müddətdir ki, biz yaşadığımız binaya çətinliklə girib-çıxırıq. Binamızın ətrafı taxtalarla hasarlanıb. Binaya girmək üçün məcbur iki taxtanı sökdük ki, keçə bilək. Bizdə olan məlumata görə, bu iki binanın arasında avtomobil dayanacağı inşa edilir. Daha əvvəl ərazidə ağac da olub, lakin onu kəsiblər.
Ərazidə qazıntı işlərinə başlanılsa da, vətəndaşların narazılığı səbəbindən işlər dayandırılıb. Lakin hasarlar sökülmədi”.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
