Bakıda mühafizəçiləri otağa salıb 60-dan çox ağacı məhv etdilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda gecə saatlarında 60-dan çox yeni əkilən ağaclar məhv edilib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti və Dərnəgül 1 ünvanının kəsişməsində, yol kənarında, tikinti materialları satılan obyektlərin qarşısında qeydə alınıb.
Ərazidə fəaliyyət göstərən sahibkar Vüqar Dəmirov bildirib ki, məhv edilən ağaclar Xan çinarı və Leylandr növünə aid olub.
Onun sözlərinə görə, ağacları gecə saatlarında əraziyə gəlmiş naməlum şəxslər məhv ediblər:
“Onlara etiraz edən iki mühafizə əməkdaşımızı isə otaqlarına salıb qapını arxadan bağlayaraq əməllərinə davam ediblər. Ağacları qıran şəxslərin kimlikləri bilinmir”.
Şikayətçi vurğulayıb ki, ağaclar ötən ilin sentyabr ayında qanuni şəkildə əkilib: "15 ədəd Çinar, 66 ədəd Leylandr - ümumilikdə 81 ədəd yeni ağac idi. Həmin ağacların 60-dan çoxu indi yoxdur".
Qalereya
Oxşar xəbərlər
Paytaxtın əksər küçə və prospektlərində tıxac var
Hazırda paytaxtın əksər küçə və prospeklərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. BAKU.WS Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər v...