Bakıda konsert verən Mustafa Sandal: "Məni yenə Azərbaycana çağırın" - FOTO/VİDEO

Paytaxta təşrif buyuran növbəti türk qonaq bu dəfə müğənni Mustafa Sandal oldu.
BAKU.WS xəbər verir ki, sənətçi “Event Office”in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində sevənləri qarşısına çıxaraq konsert verib.
Canlı orkestrlə pərəstişkarlarına unudulmaz gecə yaşadan ifaçı bəzi mahnıları ilə tamaşaçıları “90-lar”a aparıb nostalji hisslər yaşadıb.

Mustafa "Aya benzer", "İsyankar", "Araba", "Gel Bana", "Ben Olsaydım", "Pazara Kadar", "Mod", "Reset", "İndir" adlı rəngarəng ifaları ilə musiqisevərləri coşdurub.

İfaçı konserti zamanı pərəstişkarları ilə söhbət edib:
“Əylənə bilirsiniz? İfalarımla sizi əyləndirməyə çalışıram. Siz bu gecə mənə əmanətsiniz. Hər şeyi yaddan çıxardın. Bu gecə zaman dayanacq. Ruhunuzu sərbəst buraxın. Dərdlərinizi, problemlərinizi unudun. Həyat ölümlüdür. O səbəbdən də bu gecə konsertdən zövq almağa çalışın”.

Sənətçi konserti zamanı iki libas dəyişib. Mustafa səsləndirdiyi bəzi ifaları zalda əyləşən fanatları ilə birlikdə səsləndirib.
Böyük coşqu ilə keçən konsert unudulmaz anlarla yadda qalıb. "Bakı ikinci şəhərimdir”, - deyə konserti başlayan sənətçi sonda, "Məni yenə Azərbaycana çağırın", - deyərək bitirib.

Xatırladaq ki, Mustafa Sandal sonuncu dəfə paytaxta 2020-ci ildə gəlib. Sənətçi həmin vaxt 13 il sonra Bakıya gəlmişdi.


Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...