Bakıda FHN yağış sularının içində aciz qalan şəxsləri belə xilas etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.
Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər, o cümlədən Sabunçu rayonu ərazisində avtomobil yolu ötürücüsündə subasma nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas olunub.
Gecə saatlarından başlanılmış yol ötürücüsünü basmış yağış sularının kənarlaşdırılması işləri hazırda davam etdirilir.
Oxşar xəbərlər
FHN əməliyyat görüntülərini yayıb - VİDEO
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli f...