Bakıda bir qrup şəxs avtobusa hücum çəkib - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Bakıda avtobus sürücüsü ilə sərnişin arasında dava olub.
Hadisə ilə bağlı "Çinar Trans" MMC-nin direktoru BAKU.WS-ə açıqlamasında bildirdi ki, dava sürücü və sərnişin arasında yox, 165 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə bir qrup şəxs arasında baş verib:
"Avtobus dayanacaqda gözləyən vaxt, başqa bir maşın yolun soluna keçib və yolu bağlayıb. Daha sonra həmin şəxslər qapını açıb, söyüş söyərək avtobusa hücum çəkiblər. Səbəb kimi də avtobusun öndəki maşına siqnal verməsini göstəriblər. Daha sonra dava böyüməsin deyə ətrafdakılar hadisəyə müdaxilə etməyə çalışıblar. Bütün baş verənlər kameralara əks olunub".
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...