Bakıda avtobus sürücüsünün qapını əlində aparması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntü paylaşılıb.
Videodan da göründüyü kimi 106 nömrəli marşrut xəttinin sürücüsü avtobusun qırılmış qapısını sol əli ilə saxlayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib.
Həmin görüntülər böyük müzakirələrə səbəb olub.
Məsələyə münasibət öyrənmək üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirilib ki, hadisə bu gün 10:40 radələrində qeydə alınıb.
“Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində “BUS-Trans” şirkətinin müvəqqəti istismarında olan 106 nömrəli marşrut üzrə 99RU659 DQN “avtobusun iştirakı ilə yol nəaliyyat hadisəsi qeydə alınıb.
Daşıyıcnın verdiyi məlumata görə, yük avtomobili svetaforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsinin avtobusun sürücü yerləşən hissəsinə dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmayıb”, - deyə BNA-dan bildirilib.
Oxşar xəbərlər
Azərbaycanlıların tez və qəflətən ölmələrinin SƏBƏBİ BİLİNDİ
Dünyada trans yağların istehlakı nəticəsində ölüm hallarının üçdə ikisinə qədəri ABŞ, Azərbaycan, Banqladeş, Butan, Ekvador, Hindistan, İran, Kanada, Koreya Res...