Bakı ravvini yenidən Ermənistan yəhudilərini xilas etməyə çalışır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni təbliğatı tərəfindən Avropa və ABŞ-də Holokost mövzusundan istifadə edilməsinə və Azərbaycanın mənfi obrazının yaradılmasına qarşı yəhudi din xadimlərinin kampaniyasının təşəbbüskarı olan Bakı ravvini Zamir İsayev İrəvanda sinaqoqa hücumdan sonra yenidən Ermənistan yəhudilərinə müraciət edib.
“Bir neçə həftə əvvəl Ermənistanda qalmağın yəhudilər üçün təhlükəli olduğu barədə xəbərdarlıq etmişdim. İsrailin Diaspor Nazirliyi keçən ay iki dəfə yəhudilərə qarşı zorakılıq ehtimalını mümkün hesab edib”, - deyə ravvin “Facebook” səhifəsindəki videomüraciətində bildirib.
Onun sözlərinə görə, erməni rəsmiləri və ictimai xadimlərinin antisemit və anti-İsrail ritorikası sinaqoqa hücuma səbəb olub.
İsayev yenidən yəhudiləri “çox gec olmadan” Ermənistanı tərk etməyə çağırıb və onlara kömək etməyə hazır olduğunu təkrarlayıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...