Bakıda daha bir "qoçuluq" edən sürücü aşkarlandı – VIDEO

Bakıda daha bir qoçuluq edən sürücü aşkarlandı – VIDEO
Video 4898
Rəsul adlı sürücü paytaxtın növbəti "qoçu" sürücüsünün videogörüntüsünü sosial şəbəkələrdə paylaşıb.BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, 03.10.2018 tarixində 08:51 radələrində, Xətai prospektində, Şərq bazarı yaxınlığında 99 LE 609 DQN-lı avtomobilin sürücüsü yol hərəkət qaydalarını kobud şəkildə pozub tam olaraq əks istiqamətə çıxıb hərəkət axınının əksinə hərəkət edib.Hətta əks istiqamətdən gələn avtomobilə təhlükə yaradıb. Belə sürücülər digər hərəkət iştirakçılarına açıq-aşkar təhlükə mənbəyidir.Ümid edirik ki, DYP rəsmiləri tezliklə sürücünün tapılıb cəzalanmasını təmin edəcəklər. Sürücü artıq BDYPİ rəhbərliyinə rəsmi şəkildə şikayət məktubu göndərib.BAKU.WS

Son xəbərlər