Azərbaycanda TRAGİKOMEDİYA: qəssaba fəxri fərman verildi - VİDEO
15
okt
2017
09:06
Bərdədə bir qəssaba"ət məhsullarının təmiz satışını nümunəvi təşkil etdiyinə görə" fəxri fərman verilib. "Xalq yazarı" qəzetinin baş redaktoru tərəfindən verilən bu fəxri fərmana görə qəssabdan nə az, nə çox düz 10 manatda pul alınıb.Jurnalist qəssaba ət məhsullarını təmiz satdığına görə fəxri fərman verdi... Hadisə Bərdə rayonunda baş verib. Sosial şəbəkələrdə "Xalq yazarı" qəzetinin baş redaktorunun qəssaba "Ət məhsullarının təmiz satışını nümunəvi təşkil etdiyinə görə" verdiyi fəxri fərman, istifadəçilər arasında müzakirələrə səbəb olub.Fəxri fərmanda qəssab Orxan Bəxtiyarovun "Xalq yazarı" qəzetinin baş redaktoru tərəfindən imzası ilə təltif edildiyi görünür. Məsələ ilə bağlı həmin qəssabı yəni Orxan Bəxtiyarovu tapıb söhbətləşdik. Qəssabxana rayonun Bakı küçəsində yerləşir. Orxan Bəxtiyarov deyir ki,bu hadisə 2 il əvvəl olub. Tanımadığı bir şəxs özünü jurnalist kimi təqdim edərək ət tükanına daxil olub. Sonra ona fəxri fərman verəcəyini bunun üçün isə 30 manat pul ödəməli olduğunu bildirib. Qəssab deyir ki,bundan sonra həmin fəxri fərmanı qəssabxananın giriş hissəsinə vurub. Məqsəddəki müştərilərin diqqətini cəlb etmək olub. Qeyd edək ki, Mətbuat Şurasına üzv olan təşkilatlar arasında "Xalq yazarı" qəzetinin adına rast gəlmədik. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yeni fəxri ad təsis ediləcək
Azərbaycanda yeni fəxri ad təsis ediləcək.BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq e...