Azərbaycanda qadın boşandığı ərinin evinə yeni ərini gətirdi – VİDEO

Azərbaycanda qadın boşandığı ərinin evinə yeni ərini gətirdi – VİDEO
Video
Video 2839
ARB TV-nin “Sirdaş Rövşanə” proqramının növbəti verilişində də daha bir qalmaqallı ailə müzakirə olunub.Budəfəki şikayətçi 18 yaşlı Bəşir olub. O, anasından boşandığı üçün atasından şikayətçi olub. Atası barədə sərt ittihamlar edən Bəşir bildirib ki, ona bağışlanan mağazanı bibisi əlindən alıb. O, bilmək istəyib ki, nəyə görə atası mağazanı bibisinin adına alıb.Studiyadakı ekspertlər isə Bəşirin anasının boşandıqdan sonra yenidən evlənməsini kəskin şəkildə qınayıblar. Bu səbəbdən də aparıcı Rövşanə ilə ekspert qismində əyləşən hüquqşünaş Tahir Əlirzayev arasında mübahisə düşüb. Aparıcı fiziki qüsurlu Bəşirin üstünə gedilməsini və qadınlar haqqında bu cür ittihamı kəskin şəkildə pisləyib.Ekspert Tahir Əlirzayev isə bu söhbətdən sonra studiyanı tərk edib:“Atan sənə 18 yaşına kimi aliment verib, evini bölüb sizə verib. Bir ata daha nə etsin. Ana boşanmayaydı. Dərhal sonra da ərə gedib və bölünmüş evə yeni yoldaşını da gətirib. Anan ərə gedib, gedin yaşayın. Biz isti yuvasından çıxan qadın da görmüşük. Siz mövqe bildirməyin, aparıcısınız. Bizi bura niyə çağırmısınız. Qadınlar sevgidən də, evdən də qaçır. Qaçır alimentə”.BAKU.WS

Son xəbərlər