Azərbaycanda gənc qadından ŞOK ADDIM: Maşın nömrəsinə görə ərindən boşandı - VİDEO

Azərbaycanda gənc qadından ŞOK ADDIM: Maşın nömrəsinə görə ərindən boşandı - VİDEO
Video
Video 2041
Azərbaycanda 5 ildir evli olan qadının qeyri-adi istəyi boşanmaya səbəb olub.Vəkilə müraciət edərək ərindən ayrılmaq istəyən qadının boşanma səbəbi bəlkə də bu günə qədər görülməyib. Eşidəndə siz də güləcəksiniz, çünki 25 yaşlı qadın həyat yoldaşının avtomobilindəki dövlət qeydiyyat nişanında olan hərfi ona qısqanıb. Maşının nömrəsində öz adının baş hərfi olmadığına görə 5 illik evlilik həyatına son qoyub.BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, qadın ərinin aldığı avtomobilin dövlət qeydiyyat nişanında olan hərflərdən birinin öz adının baş hərfi olmasını istəyib. Lakın alınan maşının nömrəsindəki hərf başqa olub və buna görə ərini qısqanan qadın ondan boşanmaq üçün vəkil tutub.25 yaşlı qadınının bu istəyini əri ilk vaxtlar qeyri-ciddi qarşılayıb. Sondan məhkəməyə çağrılması onu əməlli başlı şoka salıb. O, məhkəmədə nömrəni dəyişməyə razı olduğunu desə də, qadın razılaşmayıb.Hadisə haqda eşidən hər kəs elə qadının əri qədər şoka düşür. Boşanma səbəbinin bu qədər cılızlaşması hər kəsdə təəssüf hissi yaradır.Sosioloqlar son zamanlar belə xırda səbəblərə görə boşanmaların artığını deyirlər. Bildirilər ki, buna səbəb insanların ailə dəyərlərinə ötəri yanaşması və gənc ailələrin hər xırda qüruru ailədən üstün tutmasıdır.Qeyd edək ki, bu qeyri adi səbəbə görə ayrılan cütlüyün bir azyaşlı övladı da var.BAKU.WS

Son xəbərlər