"Azərişıq" Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb

Azərişıq Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb
Video 158

"Azərişıq" ASC Bakının Nizami rayonunda yüksək gərginlikli elektrik xəttində baş verən qəza ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, qəza baş verən ərazidə abonentlərin elektrik enerjisi təchizatı tam təmin edilib:

"Qəza baş verməsi ilə bağlı 199 saylı çağrı mərkəzinə müraciət daxil olan kimi təmir-bərpa briqadaları əraziyə yollanıb.

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatının kəsilməməsi üçün dairəvi sxem üzrə abonentlər ehtiyat xətt vasitəsilə elektrik enerjisi ilə təmin edilib.

Hazırda qəza baş verən ərazidə bütün abonentlərin elektrik enerjisi təchizatı qaydasındadır. Əməkdaşlarımız ərazidə çalışır və qarşıdakı saatlarda qəza baş verən xətt təmir edilərək istismara veriləcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər