Azərbaycanın Minsk qrupunun həmsədrlərindən gözləntiləri – RƏSMİ + VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ATƏT-in Minsk Qrupunun reputasiyası yüksək deyil.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Atlantik Şurası”nın keçirdiyi onlayn-seminarda deyib.
“ATƏT-in Minsk Qrupunun Azərbaycanda nüfuzu aşağıdır, səbəbi budur ki, təsisat 30 il müddətində münaqişənin nizamlanması və işğalda olan ərazilərin azad edilməsinə dair ona bəslənən ümidləri boşa çıxarıb”, - deyə H.Hacıyev əlavə edib.
O, Azərbaycanın post-müharibə dövründə Minsk Qrupundan gözləntilərini açıqlayıb.
“Həmsədrlər tərəflər arasında təmasların qurulmasında mövcud olan təcrübələrini nəzərə ala bilərlər. Bununla da onlar Azərbaycanla Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərinə, müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfələrini verə bilərlər”, - H.Hacıyev əlavə edib.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...