Azərbaycanın bu bölgəsində qızılcanın yayılması ÇOXALDI - VİDEO
Qusarda qızılca xəstəliyinin yayılması çoxalıb.
BAKU.WS-in Xezerxeber.az-a istinadən məlumatına görə, rayonda ən çox qızılcaya yoluxmanın qeydə alındığı məktəblərdə isə qabaqlayıcı təbdirlər görülür.
Qusar Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinovun sözlərinə görə, artıq Qusarda 60 nəfər virusa yoluxub. Yoluxanlar arasında məktəblilər üstünlük təşkil edir.
Nadirşah Şirinov deyir ki, yoluxma halının şagirdlər arasında üstünlük təşkil etməsinə səbəb isə məktəblilərin qapalı məkanda daha çox olması ilə bağlıdır.
Daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Əvvəlki illərdə qızılcadan ölüm sayı nə qədər olub? - STATİSTİKA
Son günlər qızılca xəstəliyinə yoluxanların sayı durmadan artır və onlar arasında ölüm halları da əvvəlki illərlə müqayisədə çoxalır. Həkimlərin sözlərinə görə,...