Azərbaycanda bu şəxslərin pensiyası 50 faiz artırıla bilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Əmək pensiyaları haqqında" qanuna təklif edilən son dəyişikliyə əsasən, işləyən vətəndaşların pensiyalarının hesablanması qaydasında yeniliklər nəzərdə tutulub".
BAKU.WS xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə açıqlaması zamanı bildirib. Bəzi şəxslərin pensiyalarının hesablanması qaydasında dəyişikliklər barədə danışan deputat həmin qaydaları da açıqlayıb.
Yeni qaydalar əsasən, işləyən, amma pensiya yaşı tamam olan vətəndaşların 6 ildən bir pensiya kapitalına uyğun olaraq pensiya məbləğləri avtomatik olaraq artırılacaq. Pensiyalar hesablanarkən isə hər hansı bir sənəd toplamağa da ehtiyac qalmayacaq.
Elektron qaydada həyata keçiriləcək mexanizm 7 minə yaxın şəxsi əhatə edəcək. Yeni qaydalardan sonra pensiya kapitalından asılı olaraq pensiyaların məbləği 50 faizə qədər arta bilər.
Ətraflı videoda:
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...