Azərbaycana Gürcüstandan avtomobil idxalı azalıb: Səbəb nədir? - AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı azalsa da qiyməti kəskin artıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu ilin ilk altı ayı ərzində Gürcüstandan Azərbaycana 226 milyon ABŞ dolları dəyərində 14 206 ədəd avtomobil gətirlib.
2023-cü ilin birinci yarısında Azərbaycana ixrac edilən avtomobillərin dəyəri 74,8% artıb, sayı isə 2% azalıb.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bunun başlıca səbəbi Azərbaycanda ölkəyə idxal edilən avtomobillərlə bağlı tətbiq edilən məhdudiyyətdir.
Ekspert qeyd edib ki, növbəti ildən Gürcüstanın özündə də avtomobil idxalına bəzi məhdudiyyətlər qoyacaq:
“Bu isə Azərbaycan bazarına da təsir edə bilər”.
Statistikaya əsasən, ötən ilin birinci yarısında Gürcüstan Azərbaycana 129,3 milyon dollar dəyərində 14 498 ədəd avtomobil ixrac edib.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...