Azərbaycan Ordusunun mühəndis bölmələrinə döyüş hazırlığının təkmilləşdirilməsi tapşırılıb - VİDEO

Azərbaycan Ordusunun mühəndis bölmələrinə döyüş hazırlığının təkmilləşdirilməsi tapşırılıb - VİDEO
Video
Video 97

2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələrində sürücü-mexanik və sürücü heyətləri ilə toplanışlar keçirilir.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, toplanışlar zamanı hərbi qulluqçular qarşıya qoyulan tapşırıqların icrasında peşəkarlıq nümayiş etdirirlər:

"Plana əsasən keçirilən toplanışlarda əsas diqqət şəxsi heyətin döyüş hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, eləcə də praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər