Avtobusda qaz balonu yandıran sürücü saxlanıldı - YENİLƏNİB - 2 - VİDEO

Avtobusda qaz balonu yandıran sürücü saxlanıldı - YENİLƏNİB - 2 - VİDEO
Video
Video 1040

Cəlilabadda avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Baş DYP İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, bu gün onlayn mediada mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsində məişətdə istifadə olunan qaz balonu daşıyaraq onu salonu isitmək məqsədilə işlək vəziyyətə gətirməsini əks etdirən videogörüntü yayımlanıb.

Baş DYP İdarəsi tərəfindən sözügedən videomaterial üzrə dərhal müvafiq tədbirlər həyata keçirilib və Cəlilabad şəhərində müntəzəm marşrut xətti üzrə sərnişin daşma fəaliyyəti göstərən “Mercedes” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırov saxlanılıb.

Nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağına yerləşdirilib, sürücü Y.Bağırov barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün araşdırma başlanılıb.

***11:19

11.01.2023-cü il tarixində sosial şəbəkələrdə paylaşılan marşrutla bağlı araşdırma aparılıb.

Cəlilabad rayon İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, həmin videodakı sürücü müəyyənləşdirilib.

Müəyyən edilib ki, Cəlilabad şəhərdaxili 1 saylı marşrutda fəaliyyət göstərən "Mercedes Benz" markalı 10OG584 DQN-lı mikroavtobusun sürücüsü Bağırov Yaşar Bağır oğlu bildirib ki, qaz balonu mikroavtobusa əyləşən sərnişinlərdən birinə aiddir. Sürücü balonu salonun içi isti olmaq üçün yandırıb. Buna baxmayaraq, sürücünün belə təhlükəli hərəkətinin təkrar baş verməməsi üçün dərhal xətdən kənarlaşdırılıb.

***10.48

"Sözügedən haldan xəbərdarıq, məsələ araşdırılır".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, məsələ diqqətdədir və hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

***09:21

Cəlilabad rayonunun ictimai nəqliyyatı bərbad vəziyyətdədir.

BAKU.WS-ə daxil olan şikayətə görə, rayon daxilində fəaliyyət göstərən avtobuslar standartlara cavab vermir.

Belə ki marşrut xətlərinin birində kiçiktutumlu avtobusun isitmə sistemi işləmir. Elə bu səbəbdən də sürücü salonda maye qaz balonu yandırır.

Baş verəcək ən kiçik qəzanın necə böyük faciələrə səbəb olacağı isə hər kəsə məlumdur.

Sözügedən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər