Amil Xəlil: "Özünə hörmət edən normal aparıcı onu verilişinə çağırmasın" - VİDEO

Tanınmış aparıcı Amil Xəlil canlı efir zamanı həmkarlarına çağırış edib.
BAKU.WS xəbər verir ki, o, aparıcısı olduğu "Gəl, danış" proqramında kultroloq Aydınxan Əbilovu bir daha efirə dəvət etməyəcəyini deyib.
Daha sonra Amil, "Özünə hörmət qoyan aparıcı Aydınxan Əbilovu verilişinə dəvət etməz", - sözlərini söyləyib:
"O, aparıcılarla bağlı bir status yazıb. Guya ki, biz buna yalvarırıq ki, efirə gəl... Əvvəl mənə dedi ki, sənə aidiyyəti yoxdur.
Sonra dedi ki, sənə də aidiyyəti ola bilər.
Mən şəxsən Aydınxan Əbilovu verilişimə çağırmayacağam. Özünə hörmət edən normal aparıcı da onu verilişinə çağırmasın. Adam gəlir burada camaatın üstünə çıxır. Sonra da deyir ki, "Mənim üstümə qışqırırlar...".
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
