Ağırlıqqaldırma üzrə Azərbaycan millisi İrəvanda məskunlaşdığı oteldən buraxılmır - VİDEO

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi İrəvanda məskunlaşdığı oteldən buraxılmır - VİDEO
Video
Video 245

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Ermənistanın paytaxtı İrəvanda məskunlaşdığı oteldən buraxılmır.

BAKU.WS xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov paylaşım edib.

“Ermənistanın İrəvan şəhərində 2023-cü il ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırılıb. Bu, əsla qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir”, - deyə qurum rəhbəri vurğulayıb.

Nazir onu da qeyd edib ki, Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməli olmasına baxmayaraq, onlar mehmanxanadan buraxılmırlar və KİV-ə çıxışları kəsilib:

“Biz beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu vəhşi hərəkəti kəskin şəkildə pisləməyə çağırırıq. Biz həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu hadisə Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”, - deyə Fərid Qayıbov vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər