SİZİN REKLAM BURADA!
055 213 76 73


Mart ayından bu yana erməni rəsmilərinin yenilənmiş Madrid prinsiplərindən imtina etməsi, ardı kəsilməyən diversiya cəhdləri və nəhayət, Tovuz hadisələri onu göstərir ki, düşmən bizi provokasiyaya çəkir. Politoloqlar deyir ki, düşmənin müharibə hazırlıqları bu dəfə də fiaskoya uğrayacaq.

BAKU.WS ATV-yə istinadla xəbər verir ki, regiondakı işğalı və status kvonu davam etdirmək, Ermənistan daxilindəki siyasi qrupların dəstəyini almaq, Paşinyan hakimiyyətinə qarşı daxildə yaranan narazılığı ört-basdır etmək məqsədilə düşmən provokasiyaya cəhd edir. Azərbaycanın artan siyasi nüfuzundan çəkinən Rəsmi İrəvan münaqişəni yenidən alovlandırmaqla vaxt qazanmaq istəyir.

Beynəlxalq münasibətlərin təhlili mərkəzinin şöbə müdiri Cavid Vəliyev deyir ki, beynəlxalq hüquqa əsasən, Azərbaycanın “önləyici vuruş” deyilən addımdan istifadə etməklə düşmənə yerini göstərə bilər.

Ermənilərin son vaxtlar etdiyi provokasiyalarla Azərbaycanı müharibəyə sövq etməsi onu göstərir ki, rəsmi İrəvan sülh danışıqlarını istəmir.

Rusiya siyasi araşdırmalar institutunun rəhbəri Sergey Markov qeyd edir ki, bir vaxtlar viran edilən, işğal altında olan torpaqlara qanunsuz məskunlaşma aparılması da Paşinyan hakimiyyətinin niyyətinin sülh olmadığını göstərir.

Türkiyəli hərbi ekpert Coşkun Başbuğ deyir ki, hərbə getməyə adam tapa bilməyən Ermənistan rəhbərliyi Azərbaycana növbəti dəfə məğlub olacağını bilir, bu səbəbdən də Qarabağa PKK terror təşkilatının üzvlərini yerləşdirir.

Hərbi ekspert bildirir ki, Türkiyə kimi digər müsəlman ölkələri də bu məsələyə münasibət bildirməli və Ermənistanı tutduğu səhv yoldan çəkindirməlidir.

BAKU.WS
VİDEO