Bakının mərkəzində qəzalı binada yaşayan sakinlər köçürüləcəkləri günü gözləyirlər - VİDEO

Şəhərin mərkəzində uçulub-tökülən bir məhəllə.
Paytaxtın Nərimanov rayonu ərazisində olan bu məhəllədə yaşayanlar hər gün ölüm təhlükəsi ilə üz-üzə yaşayır.
Ərazidə fəaliyyət göstərən tikinti şirkəti tərəfindən sakinlərin yarısı başqa yerə köçürülsə də, digərləri, necə deyərlər, Allahın ümidinə qalıblar.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, söhbət Nərimanov rayonu, Malik Məmmədov 28 ünvanındakı məhəllədən gedir. “Komfort həyat” şirkəti tərəfindən ərazidə tikinti işlərinin aparılması zamanı yaranan titrəyişlər sakinlərin dərdini bir qədər də artırıb.
Onlar deyir ki, yaşadıqları ərazini Nərimanov rayon İcra Hakimiyyəti tikinti şirkətinə verib. Şirkət məhəllənin bir qismindəki sakinləri yeni tikilidə olan mənzillərlə təmin etsə də, geri qalanlarla maraqlanan olmayıb.
“Həyətin yarısını köçürüblər, digər yarısı ilə maraqlanan yoxdu. Gecə qorxuruq ki, başımıza uçar”, - digər sakin qeyd edir.
Mövzuyla bağlı olan tikinti şirkətinə getsək də, ofisdə suallarımızı cavablandıran kimisə tapmadıq.
Nərimanov rayon icra hakimiyyətindən isə sakinlərin 6-7 ay ərzində köçürüləcəyini bildirdilər. Ümid edirik ki, bina sakinlərin üzərinə uçmamış məsələ öz həllini tapar.
Oxşar xəbərlər
Prezidentin xəbərdarlığından sonra icra başçıları hərəkətə keçdi - 24 saatda kim hansı işi görüb? - SİYAHI
Son aylarda Prezident İlham Əliyev tərəfindən bir çox sahələrdə olduğu kimi, icraedici hakimiyyətdə ciddi struktur islahatları sürətlənib. BAKU.WS xəbər verir k...
