VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suraxanıda köhnə avtomobilin içində yaşayan və səfil həyatı sürən Elvin 1985-ci ildə Bakının Suraxanı rayonunda anadan olub.

Uzun müddətdən sonra Elvinin valideynləri ayrılır. Atası isə başqa qadınla ailə həyatı qurur. Elə bundan sonra Elvinin həyatında problemlər yaranmağa başlayır. Ögey anayla yola getməyən Elvinin qardaşı xaricə köçür. Bir müddətdən sonra isə bacısı dünyasını dəyişir.

Daha sonra Elvin həbsxanaya düşür. Elə hər şey də bundan sonra başlayır. 4 il məhkumluq həyatı yaşayan Elvin həbsxanadan qayıtdıqdan sonra atası onu qəbul etmir, evdən qovur. Elvin küçələrdə qalmağa məcbur olur. Ətrafdakı insanların Elvinə rəhmi gəlir və onlar gecələməsi üçün ona sınıq-salxaq, yararsız maşın verirlər.

Elvin köhnə bir yorğanla yararsız maşının içində yaşamağa başlayır. Qonşuluqda yaşayan insanların işlərini görməklə qazanc əldə edir, onların verdikləri geyimləri geyinir. İllərdir, ailə görməyən, isti yeməyə, yorğan-döşəyə həsrət qalan Elvin səfil həyatı yaşamağa məhkum olur. Elvinin acınacaqlı həyatından xəbər tutan BAKU.TV komandası Suraxanıya gedir və onunla tanış olur.

Uzun müddətdir, təraş olmayan Elvini bərbərə aparır və onu geyimlərlə təmin edir. Artıq üzü gülən Elvin köhnə yerinə qayıtmaq belə istəmir. Komandamız Elvinin işini yarımçıq qoymur və onu sosial sığınacağa yerləşdirir. Sığınacağa yerləşən Elvin isə hazırkı vəziyyətindən məmnundur.

BAKU.WS
VİDEO