SİZİN REKLAM BURADA!
055 213 76 73


Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin sakinləri illərdir qaz üzünə həsrət qalıblar.

BAKU.TV-nin “Xəbər” buraxılışında yayımlanan sujetdə qeyd olunur ki, soyuq qış günlərində evlərini elektrik enerjisi ilə qızdırmağa məcbur qalan sakinlər çarəni “AAAF Park” rəhbərliyinin ofisi qarşısına toplaşmaqda gördülər.
Kompleksdə yaşayanlar bildirirlər ki, burada ev alarkən binaların bu qədər qazsız qalacağı barədə heç nə deyilməyib. Dəfələrlə yaşayış kompleksinin idarə heyyətinə müraciətlər etsələr də bir nəticə əldə edə bilməyiblər.
AAAF Park Holdinq MMC-nin idarə heyyətinin sədri qapını müxbirlərin üzünə bağlayaraq sualları cavablandırmaqdan imtina edib. Bir müddətdən sonra jurnalistlərə yaxınlaşan yaşayış komleksinin mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyevin dediklərinə inansaq, məlum olur ki, bu günə qədər problemin həll olunmaması sənədləşmə işlərinin tənzimlənməməsi ilə bağlı olub.
“AAAF Park” yaşayış kompleksinin sözçüsü Kənan Məstəliyev binaların qaz ilə təmin olunması üçün sənədləşmə işlərində problem olduğunu bildirib:

"Artıq bu gün idarə heyyətinin sədri sakinləri qəbul etdi. İnanırıq ki, bir neçə ay ərzində binalara qaz verilməsi məsələsi öz həllini tapacaq“.
Müşahidələrimiz isə belə deməyə əsas verir ki, sakinlər bu qışı da üşüməli olacaqlar.

BAKU.WS
VİDEO