SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı kişinin internet vasitəsilə aldadılaraq ölkəmizə gətirib zorladığı Özbəkistan vətəndaşı Nərgiz barışıq elan edib. 

BAKU.WS xəbər verir ki, 36 yaşlı qadın onu zorlayan ailəli və iki qız atası olan 31 yaşlı Anar İbrahimovu bağışladığını bildirib.

Hazırda 7 aylıq hamilə olan Nərgiz hər kəsdən üzr istəyərək bətnindəki körpəsinin atası ilə barışmaq istədiyini deyib:  

"Məni bağışlayın. Bətnimdəki uşağın xətrinə atası ilə barışdım. Dünən efirdən sonra telefonla danışdıq. Söz verdi ki, bir daha məni incitməyəcək. Ata-anası, həyat yoldaşı da məni qəbul etdi. Anar məni ailəsi kimi baxacaq. Rəsmi nikaha da daxil olacağıq. Sizə çox minnətdaram, mənim həyatımı yoluna qoydunuz. Mənim edə bilmədiklərimizi 1 günə etdiniz".

X.Hidayətqızını onun bu qərarına etiraz edib və Anarın onu bir daha aldatdığını bildirib. Lakin qadın sözündən dönməyib və aparıcı onu yola salmağa məcbur olub.

Xatırladaq ki, 2016-cı ildə Anar İbrahimov Özbəkistanın paytaxtı Daşkənddə yaşayan Nərgizi aldadaraq Azərbaycana dəvət edib. Daha sonra onun evli və iki uşaq sahibi olduğu ortaya çıxıb. Özbək qız Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramından kömək istəyib. Nərgiz adıçəkilən şəxsin Bakıda tutduqları kirayə evdə ona dərman içirdərək zorladığını ağlayaraq danışıb:

"Mən ona demişdim ki, toya qədər mənə toxunmasın. Bakıda ev tutdu. Dərman verib mənimlə cinsi əlaqəyə girib. Bilməmişəm, xəbərim olmayıb. Mən qız uşağı idim, ərə getməmişəm. Atam baş həkim idi, özüm də universitetlər bitirmişəm. Axı ailəli adam mənim nəyimə lazım idi?! 

Onun ailəli olduğunu bilmirdim. Onun ailəli olduğunu dostundan öyrəndim. Mən qadınam, hər şeyi normal istəyirdim".

Nərgiz deyir ki, onun başına gələnlər üzündən atası və anası vəfat edib. Anar mütəmadi olaraq onu döyüb-söyür, hətta ac-susuz saxlayır.

Qadının sözlərinə görə, Anar İbrahimov onun pullarını da əlindən alıb. Nərgiz deyir ki, Anar başqa qadınları da aldadır.

BAKU.WS
VİDEO