VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda beton panellərdən tikilən binaların sökülməsinə ehtiyac yoxdur.

BAKU.WS xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində Memarlar İttiqfaqının sədri Elbay Qasımzadə deyib.

O bildirib ki, son vaxtlar beton panellərdən inşa edilən evlərə münasibət pessimistdir. Lakin bu yanaşma düzgün deyil.

Elbay Qasımzadə xatırladıb ki, 50-60 il əvvəl Bakıda əhalinin çox hissəsi zirzəmilərdə və kommunal mənzillərdə yaşayırdı. Bu problemin sürətli şəkildə həll edilməsi üçün isə tez və daha ucuz tikilə bilən evlərə ehtiyac var idi. Odur ki, beton panellərdən evlər tikildi.

Elbay Qasımzadə deyib ki, mikrorayonlardakı evlərin əksəriyyəti beton panellərdən tikilib. Bu panellərin bir hissəsi 1960-cı illərdə yerli zavodlarda istehsal edilirdi, digərləri isə Fransadan gətirilirdi.

Elbay Qasımzadə qeyd edib ki, hazırda bu binaların sökülməsi üçün heç bir əsas yoxdur. Lakin tədricən onlar sökülüb yerində yeni və daha müasir binalar tikilə bilər.Memarlar İttiqfaqının sədri panel evlərin daş evlərdən soyuq olması ilə bağlı iddialara da münasibət bildirib.

BAKU.WS
VİDEO