SİZİN REKLAM BURADA!
055 213 76 73


Xatırlayırsınızsa, Şüvalanda 20 ailənin məskunlaşdığı, yaşamaq üçün tamamilə yararsız bina haqqında məlumat vermişdik. Bu ailələrlə bağlı yeni xəbərimiz var.

BAKU.TV-nin reportajından dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində sakinləri qəbul edərək onların vəziyyəti ilə maraqlanıblar. Görüşdən sonra qurum təcilli olaraq sakinlərin yeni yaşayış evləri ilə təmin olunmaları barədə qərar qəbul edib.

Sakinlər bildirir ki, sizin çəkiliş qruppanız bura gələndən sonra Rövşən Rzayev özü şəxsən bura gəlmişdi:

"Rövşən Rzayev dedi ki, ayın 15-nə kimi sizi köçürəcəm".

Komitə sakinlərin yeni evlərə köçürülməsi barədə qərar versə də, bir neçə sakin istisna olmaqla əksər ailələr bununla razılaşmayıb.

Rövşən Əsədov sakin: "Mən öz təşəkkürümü bildirirəm ki, bizi pis vəziyyətdə qoymadılar və məni mənzillə təmin etdilər".

"Mənim iki oğlum var. Bizim haqqımıza üç otaqlı mənzil düşür. Onu mənə vermirlər. Yalnız iki otaqlı mənzil verirlər".

Bəs sakinlər niyə köçmək istəmirlər?

Sualı Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyevə yönəltdik.

Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev sualımıza belə cavab verdi: 

"Birmənalı şəkildə üç otaqlı mənzil yoxdur. Evlər artıq paylanılıb. Çünki adamın sayı çoxdu. Onlara təklif olunur, əgər razı deyillərsə, digər ünvanlara köçürülürlər. "Qobu üç" yaşayış məntəqəsi var. Açılışı mart ayında gözlənilir. Sadəcə hər vətəndaşın ayrı və ya ayrı-ayrı yerlərdə ev istəməsi prosesi gecikdirir".

Məsələ hələ də Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin olduğu kimi bizim də diqqətimizdədir.

BAKU.WS
VİDEO