SİZİN REKLAM BURADA!
055 213 76 73


Zaqatala sakini Biləcəri Bələdiyyəsi sədri tərəfindən aldadıldığını iddia edir.

BAKU.WS
baku.tv-yə istinadən xəbər verir ki, zərərçəkən Qəmər Hüseynova 12 il əvvəl Bakının  Biləcəri qəsəbəsindən torpaq almaq üçün bələdiyyə sədrinə 55 min dollar ödəniş edib. 

Daha sonra zərərçəkən əmrin təsdiqlənməsi üçün Bakı Şəhər Torpaq Komitəsinə müraciət edib. Qurumdan bildiriblər ki, həmin ərazi Biləcəri Bələdiyyəsinə aid deyil. 

"Mənə dedilər ki, səni aldadıblar. Bələdiyyə sədri ilham Xəlilova müraciət etdim. Mənə dedi ki, sənə yalan deyiblər, qərarımız da var. O ərazi bizə aiddir. Mən İnztibati-İqtisadi məhkəməyə də müraciət etdim. Qərar verildi ki, vətəndaş torpaqla təmin olunsun", -.zərərçəkmiş deyir.

Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilov məsələnin ona aidiyyatının olmadığını deyib:

"Mənə aidiyyatı yoxdur. Yeri kimdən alıbsa onunla mübahisə etsin. Mən o xanımı məhkəməyə verəcəm. Onun mənimlə bağlı iddiası ola bilməz. Həmin ərazi Rəsulzadə bələdiyyə üzvünə aid olan yerdir. Öz aralarında  danışıblar, onunla da məsələlərini həll ediblər. Təkcə dövlət rüsumunu mənə ödəyib".

Qeyd edək ki, məsələ ilə bağlı məhkəməyə müraciət olunsa da şikayətin təmin olunması üçün yetərli  əsas olmayıb. Ali məhkəmənin inzibati-iqtisadi kollegiyasının qərarına əsasən, iddiaçı qeyd edilən bələdiyyənin ərazisindən kənarda yaşayış yeri üzrə qeydiyyatda olduğundan, o həmin bələdiyyənin ərazisində torpaq sahəsini yalnız hərrac vasitəsilə əldə edə bilər.
BAKU.WS
VİDEO