SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda keçirilən reyddə maraqlı anlar yaşanıb. Bakı Şəhər Baş Polis İdarəsi və tabeli orqanları avqustun 28-də jurnalistlərin iştirakı ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama ̶ əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib. 

BAKU.WS ARB-yə istinadən xəbər verir ki, Paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbir Binəqədi ərazisindən başlayıb.

Qayda pozan və əmrə tabe olmayanları saxladıqca üzə çıxdı ki, aralarında sərxoş olan, uyuşdurucu maddənin təsirinə düşən onlarla sürücü var.

Saxlanılan sürücü: "İçən deyiləm amma narkotikin həvəskarıyam. İçkili deyiləm. Hal-hazırda istifadə etmişəm"

Tədbirin pik nöqtəsi isə Binəqədi polisinin 1 kq narkotik vasitəni dövriyyədən çıxarması oldu. 34 yaşlı paytaxt sakini Ceyhun İsayev avtomobilində saxlanılan zaman üzərindən və nəqliyyat vasitəsindən müxtəlik tərkibli psixotrop maddələr aşkar edildi.

Bu kimi tədbirlərin ictimai təhlükəsizliyin təmin edilməsində əhəmiyyətini nəzərə alan paytaxt polisi reydlərini davam etdirəcək.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO