Gürcüstanın paytaxtı Tbilisidə kütləvi etiraz aksiyaları davam edir.  

BAKU.WS-in Gürcüstana ezam olunan müxbiri xəbər verir ki, təxminən 15-20 min insan Tbilisinin mərkəzinə toplaşıb.

Gürcüstan parlamentinin binası qarşısına toplaşan etirazçılar Rusiyaya qarşı şüarlar səsləndirib və Vladimir Putinə qarşı plakatlar qaldırıb.

Polis və təcili yardım işçiləri etiraz aksiyası olan ərazidə növbə çəkir. Aksiya iştirakçıları tələblərinin yerinə yetirilməsi üçün aksiyaları davam etdirəcəklərini söyləyirlər. Gürcüstan Daxili işlər naziri Giorgi Qaxariyanın istefası tələb olunur. Bununla yanaşı, 2020-ci ildə baş tutacaq parlament seçkilərinin proporsional seçki sistemi ilə keçirilməsini tələb edirlər. 

Proporsional seçki sistemi çoxpartiyalı dövlət sistemini stimullaşdıran əsas şərtlərdən biridir. Proporsional seçki sistemi ilə parlamentə seçilən şəxslər bir siyasi komanda kimi dövlət quruculuğunda fəal iştirak edir. Bu komandanın hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq ölkədə islahatların bilavasitə həyata keçirilməsi və ya həyata keçirilməsi təklifləri ilə çıxış etməsi üçün imkanlar əldə olunur.

Zülfiyyə Qurbanova
BAKU.WS


VİDEO