SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan Parlamentinin sədrinin istefasını tələb edilən etirazçılar binanı mühasirəyə alıblar.

BAKU.WS xəbər verir ki, əraziyə xüsusi təyinatlı polislər cəlb edilib və aksiyaçıların binaya girməsinin qarşısını almağa çalışırlar.

Aksiya zamanı artıq iştirakçılar və polis arasında qarşıdurma yaranıb. Polis dəmir hasarları qıraraq parlament binasına daxil olmağa cəhd edən etirazçıların qarşısını almağa çalışır. Qarşıdurma nəticəsində hər iki tərəfdə xəsarət alanların olduğu bildirilir.

Meydanda aksiyaçılarının bəzilərinin əlində Ukrayna bayrağının olması isə diqqətlərdən qaçmayıb.

Qeyd edək ki, Gürcüstan Parlamentinin spikeri İrakli Kobaxidze istefa verməyəcəkyini açıqlayıb. Daxili İşlər naziri Georgi Qaxariya tələb olunarsa, istefa verməyə hazır olduğunu bildirib.
BAKU.WS
VİDEO