SİZİN REKLAM BURADA!
055 213 76 73



Ürək xəstəliyindən əziyyət çəkən bayraqdar Elman Türkoğlu (Həsənov) xəstəxanaya yerləşdirilib.

BAKU.WS
xəbər verir ki, o, bu barədə özü məlumat verib.

Onun sözlərinə görə, vəziyyəti ağırlaşdığından həkimlər xəstəxana şəraitində müalicə almasını tövsiyyə ediblər:

"Çoxdandır ürəyimdə ağrılar vardı. Son 3-4 gündür ağrılar daha da şiddətlənməyə başladı. Həkimlər müalicəmi xəstəxanada davam etdirməyimi məsləhət gördülər. Bu gündən (dünəndən) xəstəxanadayam".

Qeyd edək ki, Elman Türoğlu Milli Azadlıq Hərəkatı zamanından bayraqdanr kimi tanınır.

Zülfiyyə Qurbanova
BAKU.WS