SİZİN REKLAM BURADA!
055 213 76 73



Yanvarın 1-dən etibarən tütün məmulatlarından istifadəni məhdudlaşdıran qanun qüvvəyə minib.


BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bununla da bir sıra məkanlarda, həmçinin ictimai nəqliyyatda siqaret çəkmək qadağan edilib. Lakin qanunun tətbiq edilməyinə və sərnişinlərin etirazlarına baxmayaraq, avtobus sürücüləri hələ də sükan arxasında siqaret çəkirlər.


Sərnişinlərdən birinin 156 saylı avtobusda çəkdiyi görüntülər də problemin hələ də qaldığının əyani sübutudur. Sərnişinlərdən biri avtobus sürücüsünün sükan arxasında siqaret çəkməsini lentə alıb.


Digər bir görüntüdə isə içərisi sərnişinlə dolu olan avtobus qapısı açıq şəkildə hərəkət edir. Sərnişinlərdən bəziləri isə açıq qapıda dayanıblar. Yəni, sərnişinlər hərəkətdə olan avtobusda sallaşaraq gedirlər.

BAKU.WS