Azərbaycana qızılca əleyhinə vaksinlər gətirilib.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, son dövrlər dünyada və ölkəmizdə qızılca xəstəliyinə yoluxanların sayının artması nəzərə alınaraq, immunizasiya məqsədilə böyüklərin də qızılca-məxmərək əleyhinə peyvənd olunmaları tapşırılıb. Bunu Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, vaksinlər 20-40 yaş arası şəxslərin immunizasiyası üçün istifadə ediləcək.

Mərkəz rəsmisi əlavə edib ki, 18 yaşından yuxarı olan şəxslər ərazi poliklinikalarına müraciət edərək peyvənd oluna bilərlər..

Afaq Əliyeva qeyd edib ki, hazırda Azərbaycanda uşaqların immunizasiyası üçün kifayət qədər vaksin var. Əgər hələ də peyvənd olunmayan uşaqlar varsa, onların da təcili peyvənd olunmaları məsləhət görülür...

BAKU.WS